Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Romada yanğın: qatarların hərəkəti dayandırıldı

Romada yanğın: qatarların hərəkəti dayandırıldı

Tarix: 8 Avqust 2024 21:10

İtaliyanın paytaxtı Romanın şərqindəki Korkol bələdiyyəsində otlaq ərazidə böyük yanğın olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, əraziyə yanğınsöndürmə briqadaları, mülki müdafiə qüvvələri və könüllülər cəlb edilib.

Yüksək temperatur və külək alovun geniş əraziyə yayılmasına səbəb olur. Yanğın səbəbindən Roma və Neapol arasındakı yüksək sürətli qatarların, eləcə də şəhərətrafı qəsəbələrdə qatarların hərəkəti dayandırılıb.

Hazırda yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.

Milli.Az


Etiketlər:  Romada yanğın qatarların hərəkəti dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ