Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 23:20
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna görə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından kömək istəmək niyyətində deyil.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
"Xeyr, müraciət etməyəcəyik. KTMT-nin əsas ölkəsi olan Rusiyanın öz ərazisinə görə kimdənsə kömək istəməsi təəccüblü olardı. Kursk bölgəsində Rusiyaya kömək etmək üçün kimi cəlb edəcəksiniz? Qazaxları, yoxsa erməniləri? Siz axmaq suallar verirsiniz"- deyə o, bu yöndə sual verən jurnalistə əsəbiləşib.
Qeyd edək ki, Ukrayna ordusunun artıq Kursk vilayətinin Suca rayon mərkəzinə daxil olduğu bildirilir.