Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiflisin bu hərəkətləri məni məyus edir - Bayden

Tiflisin bu hərəkətləri məni məyus edir - Bayden

Tarix: 9 Avqust 2024 18:58

ABŞ Prezidenti Co Bayden Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulu fonunda Tiflis hakimiyyətinin demokratiya prinsiplərinə zidd hərəkətlərindən məyus olduğunu bildirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu barədə Gürcüstan lideri Salome Zurabaşviliyə məktubunda yazıb.

"Avroatlantik istəklərini ifadə etməkdə davam edən gürcü xalqının iradəsini vurğulamaq istərdim. Gürcüstan hökumətinin antidemokratik hərəkətləri məni məyus edir, buna misal olaraq "Xarici agentlər haqqında" qanunu göstərmək olar", - Bayden qeyd edib.

ABŞ lideri sözügedən qanunu "Kreml üslubunda" qəbul edilmiş qanun adlandırıb, eyni zamanda yüksək vəzifəli Gürcüstan rəsmilərinin yalan bəyanatlarını tənqid edib.

Baydenin sözlərinə görə, Tiflislə Vaşinqton münasibətlərinin soyumasına baxmayaraq, ABŞ Gürcüstanın Avropa və Atlantik inteqrasiyasına sadiq qalır.


Etiketlər:  Tiflisin hərəkətləri məni məyus edir Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ