Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülnarə Xəlilovanın əsərlərində Azərbaycan mədəni irsi Türkiyədə Fashion Week Cappadocia-da qonaqlarını valeh edib - VİDEO - FOTO

Gülnarə Xəlilovanın əsərlərində Azərbaycan mədəni irsi Türkiyədə Fashion Week Cappadocia-da qonaqlarını valeh edib -  VİDEO - FOTO

Tarix: 14 Avqust 2024 12:14

Dizayner Gülnarə Xəlilovanın əsərlərində qədim Azərbaycan mədəni irsi Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində AFWEU Fashion Week Cappadocia-da (təşkilatçı Aydın Açık) təqdim edilib.

Qonaqlara 30dan artıq beynəlxalq dizayner kolleksiyaları təqdim olunub. Gülnarə Xəlilovanın orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək işlərini əks etdirən iki kolleksiyası "Miniatür" и "Cizgi"qonaqların xüsusi marağına səbəb olmuş və alqışlarla qarşılanmışdır.

Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibi. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.


Etiketlər:  Gülnarə Xəlilovanın əsərlərində Azərbaycan mədəni irsi Türkiyədə Fashion Week Cappadocia qonaqlarını valeh edib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ