Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2024 21:52
Ukrayna hakimiyyəti Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinlərini evakuasiya etmək niyyətindədir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko özünün "Telegram" kanalında yazıb.
"İlkin olaraq 183 yaşayış məntəqəsinin əhalisi təxliyə edilir", - nazir vurğulayıb.
O əlavə edib ki, indiyədək hakimiyyət orqanları 20 mindən çox vətəndaşı təxliyə edib, 2,5 minə yaxın uşaq rayondan çıxarılıb.
Son zamanlar bu bölgədə hərbi əməliyyatların intensivliyi artıb. Bunun fonunda avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sumı vilayətində 20 kilometrlik sərhəd zonasında "bütün kateqoriyadan olan vətəndaşların" gediş-gəlişinə qadağa qoyulduğunu elan edib.