Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinarə telefonunu oğurlayan aparıcıdan DANIŞDI - VİDEO

Çinarə telefonunu oğurlayan aparıcıdan DANIŞDI - VİDEO

Tarix: 15 Avqust 2024 09:10

Aparıcı Çinarə Əliyeva "Nigar xanım" verilişində açıqlaması ilə diqqət çəkib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aparıcı bu sözləri deyib:

"Əvvəl televiziyada çalışanda aparıcılardan biriylə söz-söhbətimiz oldu. Sonra haqqımda xoşagəlməz sözlər demişdi. Mən onunla yollarımı ayırdım. Hətta telefonuma qədər oğurlamışdı ki, nəsə tapsın. Ona görə də mənim çimərlik geyimində heç yerdə şəkilim yoxdur. İki həftədən sonra telefonumu qaytardı ki, ayaqqabının içindən tapıb.

Üç ildən sonra məndən hallalıq istədi. Ayrı-ayrı verilişlərdə işləyirdik. Mənə belə pislik etmişdi. Bu telefon söhbətindən sonra bir dəfə də ad günündə olduq. Orada da ən yaxın rəfiqəmin telefonunu oğurlamışdı. Mən ad günündən tez çıxmışdım, işim var idi, elə düşünüb ki, çölə çıxmışam, rəfiqəmin telefonunu mənimki hesab edib. Artıq o zaman hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Hadisədən üç ay sonra telefon tapılmışdı. O demişdi ki, elə bildim Çinarənin telefonudur".

Milli.Az


Etiketlər:  Çinarə telefonunu oğurlayan aparıcıdan DANIŞDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ