Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavabımız maksimum səviyyədə sərt olacaq – Rusiya hədələdi

Cavabımız maksimum səviyyədə sərt olacaq – Rusiya hədələdi

Tarix: 16 Avqust 2024 21:44

Cavabımız maksimal səviyyədə sərt olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Donetskə zərbəsini şərh edərkən deyib.

O bildirib ki, Donetsk ticarət mərkəzinə hücum dəqiq planlaşdırılan terror aktıdır və Rusiya qoşunlarının təmas xəttində irəliləməsi fonunda Ukrayna Silahlı Qüvvələri tərəfindən çarəsizlik jestidir.

Qeyd edək ki, Ukrayna ordusunun Donetskə endirdiyi zərbə nəticəsində "Qalaktika" ticarət mərkəzində yanğın baş verib. İlkin məlumata görə, 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Cavabımız maksimum səviyyədə sərt olacaq Rusiya hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ