Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki dövlət olacaq - Brüstdən Vladivastoka qədər...

İki dövlət olacaq - Brüstdən Vladivastoka qədər...

Tarix: 20 Avqust 2024 15:32

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə İttifaq dövlətinin gələcəyi ilə bağlı fikir ayrılığının olmadığını bildirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

"İqtisadiyyatı güclü təməl üzərində qurmalıyıq. Bizim o qədər ümumi baxışlarımız var, bir-birimizə o qədər yaxınıq ki! Heç bir fikir ayrılığımız yoxdur. Bu, bizim hökumətlərin çatışmazlığıdır. Biz razılaşdıq ki, iqtisadiyyatla hökumət məşğul olacaq", - o bildirib.

Lukaşenko xatırladıb ki, o, Brestdən Vladivostoka qədər Ümumi Vətən düsturunu irəli sürüb:

"İki bütöv dövlət olacaq. Və belə əlaqələr qurmaq üçün kifayət qədər intellektimiz var. Bu gün biz bu istiqamətdə hərəkət etməliyik. Biz bunu gizlətmirik, çünki əslində eyni gəmidəyik. Gizlətməyə nə var?"


Etiketlər:  İki dövlət olacaq Brüstdən Vladivastoka qədər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ