Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 19:45
Müəyyən qidaları müəyyən vaxtlarda istehlak etməklə onların faydalı xüsusiyyətlərini artıra bilərsiniz. Məsələn, səhər pendir, axşam isə banan istehlak edilir.
Bəs, axşam banan, səhər isə pendir yemək niyə lazımdır?
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, tərkibində böyük miqdarda maqnezium olduğu üçün bananın axşam saatlarında istehlak edilməsi tövsiyə olunur.
Bu element sıx bir gündən sonra əzələləri rahatlamağa kömək edir. Bundan əlavə, banan mədəni mükəmməl şəkildə doyurur və onun işini normallaşdırmağa kömək edir.
Pendir də aclığı mükəmməl şəkildə təmin edir, lakin onu günün birinci yarısında yemək məsləhətdir. Axşam pendir yemək həzm problemlərinə səbəb ola bilər. Çünki bu məhsulu həzm etmək çətindir.