Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq atıcılıq poliqonunda atasını VURDU

Uşaq atıcılıq poliqonunda atasını VURDU

Tarix: 21 Avqust 2024 11:42

Rusiyanın Moskva vilayətinin Reutov şəhərində yeniyetmə atıcılıq poliqonunda təsadüfən atasını güllələyib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, avqustun 20-də 43 yaşlı Emin oğlu ilə birlikdə atıcılıq meydançasına gəlib. Atası atəş xəttinə daxil olan zaman taktiki qulaqcıq taxıb, əlində tüfəng olan yeniyetmə təsadüfən tətiyi sıxıb və Emini ölümcül yaralayıb. Moskva vilayətinin İstintaq Komitəsindən verilən məlumata görə, kişi yerindəcə keçinib.

Atıcılıq poliqonunun əməkdaşı qeyd edib ki, Emin onların daimi müştərisi olub. Onun silah icazəsi olub və onunla müvafiq müqavilə bağlanıb.


Etiketlər:  Uşaq atıcılıq poliqonunda atasını VURDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ