Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 21:16
Amerikanın "Ford Motor" şirkəti tam elektriklə işləyən yolsuzluq avtomobillərinin istehsalını dayandırıb və onları hibrid edəcək.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
"Ford" bu imtina ilə bağlı müəyyən istehsal aktivlərinin dəyərinin silinməsi səbəbindən təxminən 400 milyon ABŞ dolları məbləğində pul şəklində olmayan xərcləri qeydə alacaq.
Planlardakı dəyişikliyin şirkət üçün daha 1,5 milyard dollara qədər əlavə xərcə səbəb ola biləcəyi güman edilir.
Bundan əlavə, "Ford" yeni elektrikli pikapların buraxılışını 2027-ci ilə qədər təxirə salır.