Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 21:16
İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 30-a çatıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Wataniya" milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
"Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib. Xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var", - məlumatda qeyd olunub.