Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2024 09:14
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, Birləşmiş Ştatların silah-sursatı yoxdur, çünki Vaşinqton hər şeyi Ukrayna da daxil olmaqla, müttəfiqlərinə verir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Tramp bunu Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib.
"Hazırda silah-sursatımız yoxdur. Bilirsiniz, biz onların hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Biz hər şeyi onlara vermişik. Anbarlarımız boşdur", - Tramp qeyd edib.