Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin: Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib

Putin: Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib

Tarix: 22 Avqust 2024 17:24

"Ukrayna Silahlı Qüvvələri bu gecə Kursk Atom Elektrik Stansiyasına zərbələr endirməyə cəhd ediblər".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı keçirdiyi iclasda deyib. 

Onun sözlərinə görə, Rusiya artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məsələ ilə bağlı məlumatlandırıb: "Onlar vəziyyətin qiymətləndirilməsi üçün mütəxəssis göndərməyi, özləri də gəlməyi vəd edirlər. Ümid edirəm, bu, son nəticədə onlar tərəfindən həyata keçiriləcək".

Putin müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini soruşub. O isə cavabında vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.


Etiketlər:  Putin Ukrayna gecə Kursk vurmaq istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ