Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2024 00:22
ABŞ Dövlət Departamenti Rusiya silahlı qüvvələrinin Ukrayna hökumətinin obyektlərinə hücumlar hazırladığını iddia edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun Ukraynadakı səfirliyi ABŞ Dövlət Departamentinin məlumatlarına istinadən Ukrayna vətəndaşlarına xəbərdarlıq edib.
Qeyd olunur ki, Rusiya yaxın günlərdə Ukraynadakı hökumət və mülki hədəflərə hücumlar hazırlaya bilər:
"Bu, avqustun 24-də Ukraynanın Müstəqillik Gününün qeyd olunmasından əvvəl baş verə bilər".