Tarix: 29 Noyabr 2019 14:00
İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç onun heykəlini yandıran “Malmö” azarkeşlərindən polisə şikayət edib.Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu bu ilin oktyabrında açılışı olan heykəlinə qarşı vandallıq edən azarkeşlər haqqında cinayət işi açılmasını tələb edib.
Şikayətə baxan İsveç polisi futbolçunun heykəlinə mühafizəçi ayırıb və hadisəni törədənlərlə bağlı araşdırmaya başlayıb.
Xatırladaq ki, Zlatanın "Hammarbü" klubunun səhmlərinin 50 faizini alması onun yetirməsi olduğu ölkənin digər klubu “Malmö” azarkeşlərinin qəzəbinə tuş gəlib.