Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin həbsxanadakı qiyamla bağlı iclas keçirir

Putin həbsxanadakı qiyamla bağlı iclas keçirir

Tarix: 23 Avqust 2024 16:28

Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Prezidenti Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb. 

Hazırda Rusiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirir. 

O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyəcək. 

Xatırladaq ki, Volqoqradda bir neçə məhbus cəzaçəkmə müəssisənin əməkdaşlarını girov götürüb. Ən son məlumata görə, insident zamanı bir həbsxana əməkdaşı qətlə yetirilib, xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. 

Milli.Az


Etiketlər:  Putin həbsxanadakı qiyamla bağlı iclas keçirir


RƏYLƏR