Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xəyanət və alçaqlıq cəzasız qalmayacaq - Zaxarova

Bu xəyanət və alçaqlıq cəzasız qalmayacaq - Zaxarova

Tarix: 23 Avqust 2024 17:36

Almaniya hakimiyyətinin xəyanəti cəzasız qalmayacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Almaniya hakimiyyəti öz xalqının maraqlarına xəyanət edərək, düşmənlərinin ardınca getdi. Rusiya ilə münasibətləri bərpa etmək üçün göstərilən bütün cəhdləri puça çıxardı. Bizi qınamaq, hətta ittiham etmək istəyirlər. Üstəlik, Kiyev rejimini - terrorçu və ekstremistləri (Ukrayna hökuməti - red.) tanklar və silahlarla təmin edərək Rusiyaya qarşı vuruşmağa cürət edirlər. Belə bir xəyanət, bu cür alçaqlıq və insanlıqdan uzaqlaşma heç vaxt cəzasız qalmayacaq", - rusiyalı diplomat bildirib.

Milli.Az


Etiketlər:  xəyanət alçaqlıq cəzasız qalmayacaq Zaxarova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ