Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2024 09:40
79 yaşlı aktrisa Meril Stripin öz həmkarı ilə sevgili olduğu barədə şübhələr doğru çıxıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, aktrisa "Only Murders in the Building" serialındakı 74 yaşlı Martin Şortla barələrində yayılan şayiələri alovlandırıb.
"The Sun" yazır ki, eşq macərası yaşadıqları deyilən iki ulduz Los-Ancelesdə serialın dördüncü sezonunun premyerasından sonra baş tutan məclisdə əl-ələ görüntülənib.
Striplə Şortun uzun illərdir dost olduqları bilinir. Məlumatlara görə, onlar son vaxtlar daha da yaxınlaşıblar.
Xatırladaq ki, Meril Strip 2023-cü ilin oktyabrında 45 il evli olduğu əri, heykəltəraş Don Qummerdən ayrılıb. Onların ayrılma səbəbi açıqlanmayıb. Cütlüyün dörd övladı, beş nəvəsi var.