Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2024 16:16
Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib.
Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, sözügedən aeroport bir müddət öncə mövcud vəziyyətlə əlaqədar sərnişinlərin istifadəsinə bağlanıb.