Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' - ''Dinamo'' matçına neçə bilet satılıb? - Anşlaq gözlənilir

''Qarabağ'' - ''Dinamo'' matçına neçə bilet satılıb? - Anşlaq gözlənilir

Tarix: 24 Avqust 2024 22:14

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

Klubdan Milli.Az-a verilən məlumata görə, artıq 21 mindən çox bilet alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti uyğun olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.  VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Qarabağ Dinamo matçına neçə bilet satılıb Anşlaq gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ