Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 05:06
Zoğal ürəyi zireh kimi qoruyan meyvələrdən biridir.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, ürək divarını gücləndirən və təzyiqi tənzimləyən zoğal antioksidantlarla da zəngindir.
Zoğal, həmçinin qanı durulaşdırır.
Tədqiqatçılar bildirirlər ki, zoğal antioksidantlarla zəngin olduğu üçün damarlarda qan axınını cəmi iki saat ərzində yaxşılaşdıra bilir.
Zoğalın tərkibində polifenol və flavonoidlər var. Bunlar damar quruluşunu qoruyan azot oksidinin miqdarını artıraraq ateroskleroza qarşı qoruyucu təsir göstərir və xolesterin balansına müsbət təsir edir.
Zoğalın ürək sağlamlığına müsbət təsiri elmi araşdırmalar tərəfindən dəstəklənib.
Zoğalın ən vacib faydaları bunlardır:
* Zoğal C vitamini ilə zəngindir və bu xüsusiyyəti ilə immunitet sistemini gücləndirir.
* Tərkibindəki antioksidant sayəsində bəzi xərçəng növlərinə, xüsusilə mədə xərçənginə qarşı qoruyucu təsir göstərir.
* Zoğal ürək sağlamlığını dəstəkləyən və qan dövranını yaxşılaşdıran xüsusiyyətlərə malikdir.
* Tərkibindəki proantosiyanidinlər sayəsində sidik yolu infeksiyalarının qarşısını alır.
* Liflə zəngin olduğu üçün həzm sisteminə tənzimləyici təsir göstərir.
* Antioksidantlar dərinin daha sağlam görünməsinə kömək edir və qocalmanın təsirlərini azaldır.
* Kalorisinin az olması lifli quruluşu sayəsində çəkiyə nəzarəti asanlaşdırır. Pəhriz menyularına daxil edilə bilər.