Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 12:42
Yeni Rusiya İmperiyasının süqutu yaxın gələcəkdə baş verəcək, baxmayaraq ki, Rusiya çoxları üçün sabit və dağılmaz görünür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Teleqram səhifəsində yazıb.
O bildirib ki, SSRİ-nin dağılması müasir Rusiya Federasiyasının necə yox olacağına dair müəyyən anlayışlar yaradır:
"Birincisi: dövlət təbliğatının sakitləşdirici və hətta cəsur tonuna aldanan kənar müşahidəçilər üçün imperiyanın dağılması gözlənilmədən baş verəcək. İkincisi: imperiyanı sadəcə bir hadisə bitirməyəcək. O, min bir kəsikdən qan axıb hissələrə qopmağa başlayana qədər içəridən ağrıyacaq və çürüyəcək".