Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu

İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu

Tarix: 25 Avqust 2024 20:18

"Gürcüstan ən ağır təzyiqlərə boyun əyməyərək Rusiyaya qarşı "ikinci cəbhə" açmayaraq sülhü qorudu".

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.

"Biz ən ağır koordinasiyalı təzyiqlərə boyun əymədik, ikinci cəbhə açmadıq, ölkəyə iqtisadi fəlakət və müharibə gətirəcək sanksiyalara qoşulmadıq. Böyük risk bahasına biz ölkə üçün sülhü qoruduq", Kobaxidze bildirib.

Qeyd edək ki, 25 fevral 2022-ci ildə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edərək, bunu milli maraqlarla izah edib. Bu, Tbilisi ilə Kiyev arasında münasibətlərdə gərginliyə səbəb olub.

2022-ci ilin martında Ukrayna prezidenti Vladimir Zelenski Tbilisidəki səfir İqor Dolqovu geri çağırıb.


Etiketlər:  İrakli Kobaxidze Gürcüstan ikinci cəbhə açmayaraq sülhü qorudu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ