Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Brilyant əl”in aktrisası sağalmaz xəstəlikdən əziyyət çəkir

“Brilyant əl”in aktrisası sağalmaz xəstəlikdən əziyyət çəkir

Tarix: 27 Avqust 2024 19:04

Rusiyanın Əməkdar artisti, aktrisa Svetlana Svetliçnaya sağalmaz xəstəlikdən əziyyət çəkir.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, 84 yaşlı aktrisa orta ağır vəziyyətdədir və baş, qulaq və boğaz ağrılarından daim şikayət edir.

Bildirilir ki, S. Svetliçnaya köməksiz hərəkət edə bilmir və günün çox hissəsini yataqda uzanıqlı vəziyyətdə keçirir.

Məlumata görə, aktrisaya simptomatik terapiya ediləcək.

Qeyd edək ki, aktrisa Azərbaycan tamaşaçılarına "Brilyant əl" filmindən tanışdır. O, ekran işində "Anna Sergeyevna" obrazını canlandırıb. Filmin çəkilişləri İçərişəhərdə də aparılıb.


Etiketlər:  Brilyant əlin aktrisası sağalmaz xəstəlikdən əziyyət çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ