Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Kursk əməliyyatından DANIŞDI: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Zelenski Kursk əməliyyatından DANIŞDI: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Tarix: 27 Avqust 2024 19:32

Rusiyanın Kursk vilayətində sərhəddə bufer zonanın yaradılması üçün Ukrayna qoşunlarının müdafiə əməliyyatı keçirilir. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Ukrayna 2024. Müstəqillik" forumu zamanı deyib.

"Bizimki işğal deyil, biz bufer zonaları yaratmaq imkanı əldə edirik".

Onun sözlərinə görə, Ukrayna Rusiya ərazisinə daxil olan və onun torpaqlarının bir hissəsini işğal edən ilk ölkə deyil.

"Onlar bizim torpaqlarımızın 27 faizini artıq işğal ediblər və buna görə də biz onların daha çox işğal etməməsinə çalışırıq", - prezident bildirib.

Eyni zamanda o deyib ki, Ukrayna bəzi Rusiya torpaqlarını öz ərazisinə birləşdirmək üçün qanunvericilik və ya Konstitusiya dəyişikliyi etmir.

"Bizə əlavə əcnəbi torpaqlar lazım deyil, bizə xarici vətəndaşlar da lazım deyil", - Zelenski vurğulayıb.

Ukraynada olduğu kimi Kursk vilayətində rusların niyə müqavimət göstərmədiyi sualına cavab verən Zelenski qeyd edib: "Bizim ordumuz daha yaxşıdır və ruslarla heyvan kimi davranmır.


Etiketlər:  Zelenski Kursk əməliyyatından DANIŞDI Bizə torpaqlar insanlar lazım deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ