Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 21:17
Fransa İlon Mask, Mark Zukerberq və Tiktok rəhbərliyini hələ Pavel Durov həbs olunmamışdan əvvəl saxlamalı idi, çünki onların platformalarında da qanunsuz məzmun var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu informasiyaya nəzarət üzrə fransalı ekspert Demiyen Liçça deyib.
O, eyni araşdırma meyarlarının digər platformalara da tətbiq ediləcəyi təqdirdə Mask, Zukerberq və Tiktok rəhbərliyinin Fransaya daxil olarkən həbs olacağını vurğulayıb.
Liçça qeyd edib ki, Fransa hakimiyyətinin X-ə qarşı daha çox şikayəti olub, nəinki Teleqram sosial şəbəkəsinə.