Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 22:38
Polşanın MiQ qırıcılarını bizə təhvil verməsini gözləyirik.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.
"Bizə sizin MiQ-ləriniz lazımdır, çünki bu təyyarələrlə tanışıq. Hələlik müsbət qərar yoxdur", - deyə Ukrayna prezidenti qeyd edib.
Zelenski əlavə edib ki, Polşaya doğru uçan Rusiya raketlərini və pilotsuz təyyarələrini məhv etmək üçün qərar lazımdır:
"Polşa təkbaşına belə qərar verməkdə çətinlik çəkir. Birləşmiş Ştatlar bu qərarı dəstəkləməlidir, o zaman bizim üçün daha asan olar".