Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2024 10:50
Aktrisa Cenna Orteqa həmkarı Conni Depplə münasibəti barədə şayiələri təkzib edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Bu mənə görə dəlilikdir. Mən heç vaxt belə bir şey deməmişəm. Jurnalistlər, doğrudan da, məqalələri üçün sitatlar uydururlar. Fikrimcə, bu, gülməlidir", - deyə aktrisa bildirib.
"Aktyor Riçard Qrant Conni Depplə görüşdüyümü soruşanda onu heç tanımadığımı dedim", - deyə Orteqa əlavə edib.
Qeyd edək ki, 21 yaşlı Cenna Orteqa ilə 61 yaşlı Conni Depp arasında eşq yaşandığı barədə şayiələri "Deuxmoi" bloqu yayıb.