Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2024 07:48
Belqorod vilayətində dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilir, daha bir kəndə giriş bağlanır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
"Krasnoyaruzski rayonunun Vyazovoe kəndinə giriş bağlanıb. Bu əraziyə giriş-çıxış yalnız administrasiyanın icazəsi ilə mümkün olacaq", - Qladkov Teleqram kanalında yazıb.
O əlavə edib ki, sərhədlə 20 kilometrlik zonada olan bütün məktəblərdə təhsil onlayn olacaq.