Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2024 16:02
Əgər "Meta" şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.
"Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək - 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi", - deyə Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.
ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır. Tramp Zukerberqi yenidən sui-qəsd cəhdinə görə həbsxanaya göndərməklə hədələyib.