Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2024 12:44
"Avroviziya 2025"in keçiriləcəyi şəhər açıqlanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gələn il müsabiqə İsveçrənin Bazel şəhərində olacaq. Bu haqda Avropa Yayım Birliyinin verdiyi qərarda məlumat yer alıb.
Bildirilib ki, 69-cu "Avroviziya"ya bu şəhər ev sahibliyi edəcək.
Qeyd edək ki, yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq.
Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.