Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusu Hizbullah hədəflərini vurdu

İsrail ordusu Hizbullah hədəflərini vurdu

Tarix: 2 Sentyabr 2024 07:48

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl ölkənin cənubundakı Livanın Bint-Cbeil qəsəbəsi ərazisində Hizbullah silahlı qüvvələrinin reaktiv yaylım atəşi sistemi və hərbi infrastruktur obyektlərinə hava zərbəsi endirilib.

Qurumun məlumatına görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Beyt Lif, Əl-Edeysa və Əl-Teibi kəndləri yaxınlığındakı Hizbullah hərbi hədəflərinə də hücum edib.

Bundan başqa, İsrail artilleriyası Livanın cənubundakı Kfar Şuba və Şeba bölgələrini atəşə tutub.

Milli.Az


Etiketlər:  İsrail ordusu Hizbullah hədəflərini vurdu


RƏYLƏR