Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikintidə işləyən iki qardaş və əmioğluları FACİƏLİ şəkildə öldülər

Tikintidə işləyən iki qardaş və əmioğluları FACİƏLİ şəkildə öldülər

Tarix: 2 Sentyabr 2024 20:26

Ankaranın Sincan səmtində yaşayış binasının 12-ci mərtəbəsindəki iskala sınması nəticəsində 3 işçi birinci mərtəbəyə yıxılaraq ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Salihoğulları İnşaatda yaşayış binasının çöl üzlüklərini yerinə yetirən Çətin Buru, Volkan Buru və Mertcan Buru 12-ci mərtəbədəki iskelenin qırılması nəticəsində yerə yıxılıb. Çətin Buru ilə Volkan Burunun qardaş, Mertcan Burunun isə onların əmisi oğlu olduğu öyrənilib. Volkan Buru və Çetin Buru hadisə yerində, digər Mercan Buru isə aparıldığı Sincan Dövlət Xəstəxanasında dünyasını dəyişib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Etiketlər:  Tikintidə işləyən qardaş əmioğluları FACİƏLİ şəkildə öldülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ