Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2024 20:52
Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri İzmir limanına gələn ABŞ-a məxsus USS "Vasp" hücum gəmisində xidmətdə olan amerikalı hərbçinin başına torba keçiriblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bununla bağlı təşkilatın məlumatında deyilir.
"Mehmetciyin və minlərlə fələstinlinin qanını əlində daşıyan ABŞ əsgəri ölkəmizi ləkələndirə bilməz. Bu torpaqlara hər addım atdığınızda sizi layiqincə qarşılayacağıq", - deyə bildirilib.
Qeyd edək ki, sözügedən hərbi gəminin İsraili hücumlardan qorumaq üçün regiona göndərildiyi vurğulanıb.