Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səhnəmizi alaq otları bürüyüb”

“Səhnəmizi alaq otları bürüyüb”

Tarix: 3 Sentyabr 2024 23:30

Müğənni Mehin Hümbətova həmkarı Natavan Həbibiyə dəstək verib.

Sonxeber.net olay-a istinadən bildirir ki, o, sənətçinin musiqimizlə bağlı fikirlərini sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

"Təəssüf ki, səhnəmizi alaq otları bürüyüb. Sənəti olmayanlar müxtəlif üsullarla gündəmi müvəqqəti zəbt edib, musiqi sənətimizə xələl gətirirlər. Üstəlik, danışanda da ağızlarına çullu dovşan yerləşmir".

Qeyd edək ki, Natavan Həbibi sosial media hesabında bu fikirlərə yer vermişdi:

"Bəzən musiqi ilə guya məşğul olub, özlərini əsl musiqiçilərlə bir görə bilərlər, amma bu, musiqimizə zərərdən başqa bir şey deyil. Hər kəsin öz işi var və olmalıdır da. Heç olmasa ulduzluq xəstəliyindən qoruyun özünüzü. Çünki dərmanı yoxdur".


Etiketlər:  Səhnəmizi alaq otları bürüyüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ