Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb

Cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb

Tarix: 4 Sentyabr 2024 16:38

ABŞ-də cərrah səhvən xəstənin dalağı əvəzinə qaraciyərini çıxararaq onu öldürüb. İndi ölən şəxsin həyat yoldaşı həkimin məsuliyyətə cəlb olunmasını tələb edir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Floridada baş verib. Orada 70 yaşlı Bill Brayan sağlamlıq şikayətləri ilə klinikaya müraciət edib və həkimlər onu əməliyyata göndəriblər. Cərrah dalağı çıxarmalı idi.

Lakin əməliyyat zamanı həkim Tomas Şaknovski orqanları səhv salaraq dalaq əvəzinə qaraciyəri çıxarmağa başlayıb. Əməliyyat zamanı o, qaraciyəri qanla təmin edən əsas damarları kəsib. Güclü qan itkisi başlayıb. Xəstə əməliyyat masasında ölüb.

Hər şey bununla bitməyib. Öz səhvini görməyən həkim Brayanın həyat yoldaşına deyib ki, "dalaq" o qədər zədələnib ki, normal ölçüsündən dörd dəfə böyük olub və xəstənin bədəninin digər tərəfinə keçib.

İndi qadın məhkəməyə müraciət etmək niyyətindədir. O, cərrahı məsuliyyətə cəlb etmək istəyir və bildirir ki, həkim, əslində, onun həyat yoldaşını öldürüb.


Etiketlər:  Cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb xəstə ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ