Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2024 00:18
Saqqız çeynəməyin həm zərərli, həm də faydalı tərəfləri var.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, saqqız bədənin ən güclü müdafiə mexanizmi olan tüpürcək ifrazını artırmağa kömək edir. Xüsusilə də şəkərsiz saqqız çeynəmək bir çox cəhətdən ağız sağlamlığına faydalıdır. Saqqız dişlərdə ərp əmələ gəlməsinin qarşısını alır.
Saqqız çeynəyərkən beyinə daha çox qan getməsi təmin olunur. socar vakansiya
Bu vərdiş həm də yemək istəyini azaldır və arıqladır.
Lakin saqqız çeynəməyin verdiyi zərərlərin də fərqində olmaq lazımdır. Saqqız bəzi insanlarda asılılıq yaradır. Halbuki onu yarım saatdan artıq çeynəmək tövsiyə olunmur.
Mütəxəssislərin fikrincə, uzun müddət saqqız çeynəmək çənə əzələlərində narahatlığa, hətta çənə oynağının sürüşməsinə qədər gətirib çıxara bilər. Bildirilir ki, saqqızı çənənin hər iki tərəfi ilə çeynəmək bu halların qarşısını az da olsa alır.
Hər gün həddindən artıq saqqız çeynəyənlərdə mədənin eroziyası və qastrit riski artır.