Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Madonnadan 38 yaş kiçik sevgilisi üçün SƏRT QAYDALAR

Madonnadan 38 yaş kiçik sevgilisi üçün SƏRT QAYDALAR

Tarix: 5 Sentyabr 2024 22:05

Dünya şöhrətli müğənni Madonna gənc boksçudan ayrıldıqdan sonra 28 yaşlı Yamayka əsilli futbolçu Akeem Morrislə görüşməyə başlayıb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Akim artıq müğənninin övladlarını tanıyır və onu tez-tez müxtəlif tədbirlərdə, gəzintilərdə müşayiət edir.

Ancaq onların münasibətləri müəyyən qaydalara uyğun qurulub.

Cütlüyə yaxın mənbələrin məlumatına görə, Madonna Akimə birlikdə yaşamaq üçün ciddi qaydalar qoyub. Məsələn, şəraitdən asılı olmayaraq onunla eyni vaxtda yatıb qalxmalıdır. Bundan əlavə, Madonnanın özü tərəfindən seçilmədikcə, Akeemə idman tədbirlərinə və ya şoulara baxmağa icazə verilmir.

Bu tələblərə baxmayaraq, insayderlər Morrisin bu şərtlərdən kifayət qədər razı olduğunu bildirirlər, çünki onların münasibətləri güclənir. Madonna həm də ona bahalı hədiyyələr və dünyanı gəzmək fürsəti verməklə sevgisini nümayiş etdirir.


Etiketlər:  Madonnadan yaş kiçik sevgilisi üçün SƏRT QAYDALAR


RƏYLƏR