Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 12:15
Bakı. Samir Əli - Trend:
Seçki prosesinin əsas mərhələlərindən olan namizədlərin qeydə alınması artıq başa çatıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 1606 bələdiyyəyə 15 156 bələdiyyə üzvü seçilməlidir: "Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .
M.Pənahov deyib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər:
"Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin