Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2024 08:44
"Rusiya ordusunun döyüş təmas xəttindəki uğurları Ukraynanın müdafiəsinin tədricən dağılmasına gətirib çıxarır".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Norveçli professor Qlenn Dizen "Substack" platforması üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna münaqişəsinin son mərhələsi gedir. Bu, Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin tədricən dağılması ilə əlaqədar başlayıb.
"Ukrayna rejimi logistik problemlər yaşayır. Digər şeylər arasında sursat və silah çatışmazlığı var ki, bu da ukraynalı döyüşçülərin effektiv fəaliyyət göstərməsinə mane olur.", - Dizen qeyd edib.
O, vurğulayı ki, münaqişədə qalib gələn Rusiya, əksinə, təzyiqlərini artırır, Ukraynanı vəziyyəti daha da pisləşdirən müxtəlif tələsik qərarlar qəbul etməyə məcbur edir.