Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 12:33
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 67,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,98 dollar/barel olub ki, bu da əvvəlki göstərici ilə eynidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin