Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmən Yaponiya taxtının ikinci namizədi oldu

Rəsmən Yaponiya taxtının ikinci namizədi oldu

Tarix: 6 Sentyabr 2024 16:24

Yaponiya taxt-tacının varisi şahzadə Akişinonun oğlu şahzadə Hisahito 18 yaşına çatıb və rəsmi olaraq imperator ailəsinin yetkin üzvləri sırasına daxil olub. Bununla da o, atasından sonra taxt-taca ikinci namizəd statusunu rəsmi olaraq alıb.

Milli.Az bildirir ki, Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.

Hazırda Hisahito məktəbin son sinfində oxuyur və universitetə daxil olmağa hazırlaşır, burada biologiya, xüsusilə də entomologiya ilə məşğul olmaq niyyətindədir.

Taxt-taca namizədlər sırasına hazırkı imperatorun 88 yaşlı əmisi şahzadə Hitaçi də daxildir. Yaponiyada qanuna görə başqa heç kim monarx statusuna iddia edə bilməz ki, bu da potensial taxt-tac böhranı təhlükəsi yaradır. Yaponiyanın hazırkı imperatoru Naruhitonun 64 yaşı var. Onun qardaşı vəliəhd şahzadə Akişinonun 58 yaşı var.

Milli.Az


Etiketlər:  Rəsmən Yaponiya taxtının ikinci namizədi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ