Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2024 12:04
Fatih Terimin Portuqaliyanın "Benfika" klubuna baş məşqçi postuna keçidi gözlənilsə də, bundan fərqli olaraq komanda onun əvəzinə öz yerlisi Bruno Lage ilə anlaşıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın "sükan"ı portuqaliyalı mütəxəssis Bruno Lageyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək olan müqavilə imzalanıb.
48 yaşlı Lage 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayına qədər də "Benfika"nın baş məşqçisi olub. O, daha əvvəl 6 ay "Benfika B"yə rəhbərlik edib.
Lagedən əvvəl "Benfika"nın baş məşqçisi sentyabrın 1-də "Moreyrense" ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidt olub.