Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola müqaviləsini uzatmaq istəyir

Qvardiola müqaviləsini uzatmaq istəyir

Tarix: 30 Noyabr 2019 14:00

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubu ilə müqaviləni uzatmağa hazırdır.

Qol.az "goal.com"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə İngiltərə Premyer Liqasının 14-cü turunda "Nyukasl"la oyunu öncəsi keçirilən mətbuat konfransında danışıb.

O, uğurlu nəticələrin davam edəcəyi təqdirdə klubdan ayrılmayacağını bildirib: "Mançester Siti"dəki gələcəyim nəticələrdən asılıdır. Görək, 5 ildən sonra nə olacaq. Bəli, mən klubla müqavilə yeniləməyə hazıram. Bu komandada işləmək mənə rahatdır. Birlikdə daha böyük uğurlar qazana biləcəyimizi hiss etməliyik. Nə vaxt ki bu cür düşünməsəm, onda klub rəhbərliyi ilə oturub danışacam".

Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”ni çalışdıran Qvardiolanın "şəhərlilər"lə 2021-ci ilin yayına qədər müqaviləsi var.
 


Etiketlər:  Qvardiola müqaviləsini uzatmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ