Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gərginlik pik həddə: Çin xəbərdarlıq etmişdi, bu ölkə məhəl qoymadı

Gərginlik pik həddə: Çin xəbərdarlıq etmişdi, bu ölkə məhəl qoymadı

Tarix: 8 Sentyabr 2024 08:52

Almaniyanın "Baden-Württemberg" freqatı və "Frankfurt am Main" hərbi dəstək gəmisi Çinin etirazlarına baxmayaraq, bu ay Tayvan boğazından keçəcək.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" jurnalı məlumat yayıb.

"Pekinin xəbərdarlıqlarına baxmayaraq, freqat və hərbi dəstək gəmisi sentyabrın ortalarında Cənubi Koreyadan Cakartaya gedən marşrutla Tayvan boğazından keçəcək. Beynəlxalq hüquqa görə, boğaz sərbəst naviqasiyaya tabedir", - nəşr yazır.

Məlumata görə, Almaniya hökuməti Çinlə "diplomatik mübahisələr" şəklində nəticələrə hazırdır, çünki Berlin Çinə boğazdan gəmilər keçirmək planları barədə rəsmi məlumat vermək niyyətində deyil.

İyulun 27-də Çinin xarici işlər naziri Vanq Yi Laosda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib ki, Tayvan Çin Xalq Respublikasının bir hissəsidir və heç vaxt ayrıca dövlət olmayacaq.


Etiketlər:  Gərginlik həddə Çin xəbərdarlıq etmişdi ölkə məhəl qoymadı


RƏYLƏR