Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də avtomobil yolunda atışma: Yaralananlar var

ABŞ-də avtomobil yolunda atışma: Yaralananlar var

Tarix: 8 Sentyabr 2024 12:14

ABŞ-nin Kentukki ştatında magistral yolda atışma baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir bildirib.

Onun sözlərinə görə, I-75 şosesindəki atışmaya görə hüquq-mühafizə orqanları yolu hər iki istiqamətdə bağlayıb.

"Bu ərazidən çəkinin", - qubernator "X" sosial şəbəkəsində yazıb.

Laurel dairəsinin inzibati mərkəzinin meri Rendall Uedl 7 nəfərin yaralandığını, ölənlər barədə məlumat olmadığını bildirib.

32 yaşlı Cozef Kuç hücumu törətməkdə şübhəli bilinir və hələ də saxlanılmayıb.


Etiketlər:  ABŞ avtomobil yolunda atışma Yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ