Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maraqlı hadisə: Balıqçı toruna qoyun ''düşdü'' - VİDEO

Maraqlı hadisə: Balıqçı toruna qoyun ''düşdü'' - VİDEO

Tarix: 13 Sentyabr 2024 21:30

Türkiyənin Yozqat vilayətinin Çekerek rayonunda maraqlı hadisə yaşanıb. Balıqçıların toruna balıq əvəzinə qoyun "düşüb".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, sürüdən ayrılan qoyun yolunu azıb və sahibsiz itlərin hücumuna məruz qalıb. Qorxaraq qaçan qoyun Çekerek su bəndinə düşüb. Bu zaman ərazidə balıq tutan Ahmet İnan, Yasin Şahan və Mehmet Kalın adlı balıqçılar bəndin ortasında qoyunun üzdüyünü görüblər və dərhal onu xilas ediblər.

Xilas edilən qoyun balıqçılar tərəfindən sahibinə qaytarılıb.


Etiketlər:  Maraqlı hadisə Balıqçı toruna qoyun düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ