Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 12:04
Cari ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 3 940 368,79 min ABŞ dolları dəyərində 6 226 091,81 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Sonxeber.net-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 377 514,65 min dollar dəyərində 2 233 526,78 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvar-avqust aylarında bu ölkəyə 738 773,01 min dollar 1 165 388,19 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 23 ölkəyə 10 308 018,86 min dollarlıq 16 475 802,81 ton neft ixrac edilib.
Azərbaycanın cari ilin yanvar-avqust aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:
|
Ölkələr |
Miqdar (ton) |
Statistik dəyər |
№ |
Cəmi |
16 475 802.81 |
10 308 018.86 |
1. |
İtaliya |
6 226 091.81 |
3 940 368.79 |
2. |
İsrail |
2 233 526.78 |
1 377 514.65 |
3. |
Çexiya |
1 165 388.19 |
738 773.01 |
4. |
Hindistan |
1 029 548.41 |
646 775.18 |
5. |
Xorvatiya |
1 005 081.15 |
627 001.41 |
6. |
Portuqaliya |
691 401.29 |
437 551.47 |
7. |
Almaniya |
618 386.55 |
406 340.60 |
8. |
Böyük Britaniya |
650 115.40 |
390 895.78 |
9. |
Rumıniya |
433 832.59 |
269 181.65 |
10. |
Tailand |
376 876.12 |
234 238.66 |
11. |
Türkiyə |
314 287.56 |
173 193.83 |
12. |
Tunis |
256 640.09 |
163 897.06 |
13. |
İndoneziya |
261 305.33 |
153 687.47 |
14. |
Yunanıstan |
228 237.47 |
144 806.06 |
15. |
Niderland |
168 985.69 |
106 838.99 |
16. |
Serbiya |
158 383.41 |
98 354.90 |
17. |
İspaniya |
166 327.26 |
96 479.12 |
18. |
Uruqvay |
138 719.62 |
85 099.83 |
19. |
Polşa |
90 150.50 |
57 363.56 |
20. |
Fransa |
89 712.83 |
57 085.07 |
21. |
İrlandiya |
86 042.67 |
54 233.98 |
22. |
Avstriya |
85 868.91 |
47 903.69 |
23. |
Özbəkistan |
893.20 |
434.09
|