Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ona bir şey olsa, kimi oynadacağam? - Tərlan Əhmədov

“Ona bir şey olsa, kimi oynadacağam? - Tərlan Əhmədov

Tarix: 30 Noyabr 2019 19:44

Bu gün "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIII turunda evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, keçən turda məğlub olduqdan sonra daha çox psixoloji hazırlığa üstünlük verdiklərini deyib: “Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi".

O, qələbəyə görə komandasına təşəkkür edib: "Yorğunluq var, amma rotasiya imkanımız da yoxdu. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli "Keşlə" gördüm. Qələbə qələbədir. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, istədiyimi edə bilim".

Əhmədov Azər Salahlıya müdafiədə şans verməməsinə toxunub: "Azər Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dan 4 qol buraxıb. Azər sol cinah üçündür. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdır. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacağam? Rəşadın meydançada olması komanda üçün böyük uğur idi".

 


Etiketlər:  şey olsa kimi oynadacağam Tərlan Əhmədov


RƏYLƏR